Sual-Cavab

1. Hansı linzalar daha keyfiyyətlidir?

www.optiklinza.az  saytında sizə təqdim olunan bütün həm rəngli, həm optik linzalar dünyada öz yerini tutmuş və tanınmış brendlərdir və bütün linzalarımız keyfiyyətlidir. Biz sizə heç vaxt saxta və ya aşağı keyfiyyətli linzalar satmırıq. Çünki, müştərilərimiz bizim reklamımızdır.

Qeyd edim ki, şəhərin optikalarında satılan rəngli linzaların 90%-i saxtadır.


2. Linzaların istifadə müddəti nə qədərdir?

Hər bir istehsalçı istehsal etdiyi linzanın tərkibinə görə linzanın istifadə müddətini təyin edir. Kontakt linzanın vaxtından çox istifadə edilməsi gözün ən üst təbəqəsi olan korneanın aşınmasına səbəb olur. Qısa müddətdə nəticəsini hiss etməsənizdə, 3-4 il sonra gözlər tez-tez qızarmağa və daha həssas olmağa başlayır. Ayrıca olaraq, gözünüzdə qırmızı damarların sayı da artır. Bunun üçündə linza alarkən onun istehsalçı şirkət tərəfindən təyin olunan istifadə müddəti ilə maraqlanın.


3. Regionlara çatdırılma xidməti mövcuddur mu?

Saytımız vasitəsi ilə ölkənin istənilən regionuna sifarişlərinizi 2-3 gün ərzində çatdırırıq. Bunun üçün sifariş edərkən ünvan hissəsində Alıcının Adı, Soyadı, Atasının adı, Poçt indeksini qeyd edin və saytımızdan linzalarınızı sifariş edin. Sonra AzəriPoçt vasitəsi ilə bizim hesaba ödənişi edirsiniz (Regionlara çatdırılma xidməti əlavə 3 manat) və biz sizə linzalarınızı AzəriPoçt vasitəsi ilə 2-3 gün ərzində çatdırırıq.